• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

DÜNYA

Gürcüstanda albinos qaranquş tapılıb - FOTO

  • 1474 dəfə
  • Tarix 22 İyun 2018 / 10:51
  • APA

Gürcüstanın Qardabani rayonunun Krtsanisi kəndində nadir qaranquş tapılıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, kənd sakinlərindən birinin evinin divarında yuvada tamamilə ağ rəngdə olan qaranquş diqqəti cəlb edib. Yuvada olan iki qaranquşdan biri adi, digəri isə albinos qaranquşdur.

 

Qeyd edək ki, qaranquşlar arasında albinizmə olduqca nadir hallarda rast gəlinir. Albinos qaranquşlar adi qaranquşlardan daha zəif olur. Onların günorta saatlarında  görmə qabiliyyəti zəifləyir. Rəng fərqinə görə albinos qaranquşlar adi qaranquşlar tərəfindən çox vaxt qəbul olunmur.