• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

4 yaşlı uşağın ölümündə günahlandırılan qadın məhkəmədə qandallandı

  • 1190 dəfə
  • Tarix 22 İyun 2018 / 11:00
  • Səlcuq Elçin

4 yaşlı uşağın ölümündə təqsirləndirilən Lalə İsrafilovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına  görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə L. İsrafilova son söz deyib. O, günahsız olduğunu, uşağın ölümündə günahının olmadığını deyib.

Hakimlər kollegiyasının hökmünə əsasən L.İstafilova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından qandallanıb.

Qeyd edək ki, hadisə 2017-ci il may ayının 9-da Quba rayonunun Bərqov kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafazadə Fuad Həbib oğlu ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü İsrafilova Lalə Həsən qızının həyətinə icazəsiz daxil olub. Azyaşlı həyətdəki gülləri yolub, L.İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün Bu L.İsrafilova uşağı qovub. F.Mustafazadə qadından qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

 

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.