• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

DÜNYA

Amansız həyat dramı: fahişələri donuzları üçün doğradı

  • 3364 dəfə
  • Tarix 22 İyun 2018 / 11:26
  • Tural TURAN

Onlar dünyanın ən amansız qatilləri sayılır. İçərisində sosioloq olan da var, klounluq edib pul qazanan da. Qazanmaq demişkən, hətta aralarında eləsi var ki, həbsxanada ola-ola öldürdüyü qurbanlarının ailələrindən pul almağı da bacarıb. Özü də gizli şəkildə deyil, məhkəmə önündə... Hətta donuzlarını “fahişə əti” ilə təmin edənlərdən danışmıram.

 

Lent.az dünyanın ən amansız dörd qatilinin həyat və cinayət hekayəsini sizə təqdim edir. Hekayələri qısa olsa da, dəhşətli olmaları adamın ağlını başından çıxarır.

 

Qadınları donuzları üçün öldürən iş adamı...

 

Dünyanın dörd ən amansız qatillərindən olan kanadalı Robert Pikton 20 il ərzində 49 fahişəni öldürərək bağçasında bəslədiyi donuzlara yedirdib. Qeyri-rəsmi məlumatlara görə, onun öldürdüyü qadınların sayı 60-ı ötüb. Piktonu digər manyaklardan fərqləndirən cəhət budur ki, o, qurbanlarını heç vaxt zorlamayıb. Məhkəmə barəsində ölüm hökmü çıxararkən qatilin son sözü diqqət çəkib:

 

“Mən donuz ətindən pul qazanan milyonçuyam. Donuz əti satmaqla insanların ehtiyaclarını təmin edirəm. Amma fahişələr dünyanın ən lazımsız adamlarıdır. Ona görə də cəmiyyəti uçuruma aparan bu əxlaqsız qadınları xüsusi ət maşınlarında parçalayaraq donuzlara atmışam. Həm dünyanı fahişələrdən təmizləməyə çalışmışam, həm də donuzlarımı şirin fahişə əti ilə təmin etmişəm”.

 

Robert Piktona ölüm hökmü oxunarkən o gülümsəyib və “mən bu əməlimə görə cənnətə gedəcəyəm” – deyib.

 

Başını kəsdikdən sonra cinsi əlaqə...

 

Amerikalı sosioloq Ted Bundi də dünyanın ən amansız qatillərindən sayılır. O, qurbanlarını xüsusi üsulla öldürürdü. Əvvəl boğur, sonra başını kəsir, sonra cəsədlə cinsi əlaqədə olurdu. Bundi həbs olunana qədər 36 qadını bu üsulla qətlə yetirdiyini etiraf edib.  Cansız bədənlərlə “işi bitdikdən” sonra onları vəhşi heyvanlar parçalasın deyə meşə və dövlət qoruqlarına atırmış. Bütün bunlarla cinayətin izini itirməyə çalışıb. Etdiklərini də məhkəmədə etiraf edib.

 

1961-78-ci illəri əhatə edən “Ted Bundi cinayətləri erası” edam hökmü ilə başa çatır. Sosioloq manyak məhkəmənin qərarı ilə elektrikli edam stoluna oturdularaq edam edilir.

 

Cəsədləri yatağının altında “yatırdan” dəli...

 

Cinsi azlıq nümayəndəsi olan klon Vayne Qasi illər sonra dünyanın ən amansız qatillərindən biri kimi tanınmağa başlayır. Onun qadınlarla işi yox idi. Ancaq yeniyetmə oğlanları zorlayırdı. Yeniyetmələri zorladıqdan sonra boğaraq öldürür, sonra yaşadığı evin zirzəmisinə gömürdü. Onun qəribə qətl ritualı vardı; cansız bədənləri “təhlükəsiz ərazi” adlandırdığı çarpayısının altında yatırdırmış. 13 il ərzində öldürdüyü 33 oğlanın 27-nin cəsədinin qalıqları yaşadığı evin zirzəmisində, 2-i bağçada, 4-ü isə çay kənarında tapılır.

 

Həbsdə ola-ola öldürdüyü adamlara görə pul qazanan amerikalı manyak – Klifford Olson...

 

O, 1980-81-ci illərdə 9-18 yaş arası 11 gənc oğlan və qızı öldürüb. Olson xüsusi işgəncə üsullarından uzaq olub. Sadəcə öldürüb və basdırıb. Sonra könüllü olaraq polisə gedib və bütün cinayətlərini etiraf edib.

 

Məhkəmədə isə qurbanlarını harada basdırdığını açıqlamayıb. Sadəcə olaraq, öldürdüyü adamların adlarını bircə-bircə müstəntiqə söyləyib. Həbsxanada nə qədər işgəncə edilsə də qurbanlarının dəfn yeri haqqında məlumat verməyib. Klifford yalnız qurbanlarının yaxınlarının verəcəkləri pul müqabilində cəsədlərin basdırıldığı yeri deyə biləcəyini açıqlayıb. Polis əvvəlcə bu şərtlə razılaşmır. Olsonun qurbanları isə polisi təhrik edir və manyakın ailəsinə hər ay 1200 dollar pul mübaqbilində Klifford cəsədlərin yerini deyir. Müqavilə imzalanır və ömürlük həbs cəzasına məhkum edilən manyakın övladları 18 yaşına çatana kimi 1200 dolların onun ailəsinə verilməsi ilə bağlı məhkəmə önündə sənəd imzalanır.

 

Dünya şöhrətli manyak 2011-ci ildə həbsxanada xərçəng xəstəliyindən dünyasını dəyişir.