• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

SOSİAL

Bakı möhtəşəm parada hazırlaşır - FOTO

  • 3526 dəfə
  • Tarix 24 İyun 2018 / 13:23
  • Tural TURAN

Paytaxtın Azadlıq meydanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı iyunun 26-da təşkil olunacaq hərbi parada son hazırlıq işləri görülür. 

Lent.az-ın əməkdaşının verdiyi xəbərə görə, hazırda Azadlıq meydanında ümumqoşun hissələrinin zirehli, özüyeriyən tırtıllı texnikaları cəmləşib. Haron, dron və bir sıra pilotsuz uçuş aparatları sıra ilə Azadlıq meydanında cəmləşib. Texnikaların parada qədər son texniki baxışı həyata keçirilir.

Hərbçilər, qoşun növlərinin şəxsi heyəti sıra keçidi ilə bağlı son məşqlərini edirlər.

Tankların və zirehli transportyorların düzülüşü sadə vətəndaşların da diqqətinə səbəb olub.

Azadlıq meydanı yol boyu 100 illiyin posterləri ilə bəzədilib. Ali baş komandanın paradı izləyəcəyi ali kürsü də Dövlət bayraqları və silahlı qüvvələrinin atributları ilə bəzədilib.