• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

3 maşın toqquşdu: ölən və yaralananlar var

  • 2691 dəfə
  • Tarix 24 İyun 2018 / 19:23
  • APA

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazində qeydə alınıb. 

 

"Toyota Prado", " Vaz 21 099" və " Vaz 2106" markalı maşınların toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  Hadisədən sonra " Vaz 21011" markalı maşın alışaraq yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.