• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Dənizdə batan şəxs xilas edildi

  • 1090 dəfə
  • Tarix 24 İyun 2018 / 20:52
  • Lent.az

Bakıda dənizdə batan şəxs xilas edilib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

 

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.