• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Beş ayda 1,4 ton narkotik qanunsuz dövriyyədən çıxarılıb

  • 1279 dəfə
  • Tarix 25 İyun 2018 / 11:57
  • APA

"Cari ilin 5 ayı ərzində 1 ton 400 kiloqrama yaxın narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb".

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib. O bildirib ki, bu il narkotiklərin 700 kiloqramı Dövlət Gömrük Komitəsi tərəfindən dövriyyədən çıxarılıb: "Azərbaycan narkotiklərin dövriyyəsi üçün tranzit ölkədir. Xüsusilə Astara, Lənkəran, Cəlilabad, Biləsuvar və Masallıya İrandan narkotik maddələr daşınır". 

Ə. Həsənov Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayını da açıqlayıb. O qeyd edib ki, Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 30 mindən çoxdur: "30 mindən 12 mini Bakı şəhərini, 12 mini isə Lənkəran şəhərini əhatə edir. 2017-ci ildə isə 2000 nəfərdən çox şəxs narkotik istifadəçisi kimi qeydiyyata götürülüb".