• EUR  
  • USD  
  • RUB

HADİSƏ

 25 min manat "atan" qadın məhkəmədə qandallandı

  • 1405 dəfə
  • Tarix 25 İyun 2018 / 12:14
  • Səlcuq Elçin

Vətəndaşlara məxsus külli miqdarda pulu dələduzluq yolu ələ keçirməkdə təqsirləndirilən  Valeriya Panfilovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasınım qərarına əsasən Valeriya Panfilovanən barəsində polis nəzarətində qətimkan tədbiri ləğv edilib və 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

O, məhkəmə zalından həbs edilib.

 

Qeyd edək ki, V.Panfilova 4 nəfərə - Nadir Ələkbərov, Nəriman Camalov, Oksana Bojenok və Diana Pavlovaya qarşı ümumilikdə 125 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

 

İstintaq və məhkəmə dövründə V.Panfilovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçilmişdi.