• EUR  
  • USD  
  • RUB

SOSİAL

DGK sədri Qaxda vətəndaşları qəbul edib

  • 991 dəfə
  • Tarix 25 İyun 2018 / 14:00
  • Lent.az

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qax şəhərində vətəndaşları qəbul edib. Lent.az xəbər verir ki, qəbulda bölgədə yerləşən - Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.