• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Təranə Qumralın məhkəmə istintaqı başa çatdı

  • 3087 dəfə
  • Tarix 25 İyun 2018 / 13:36
  • Səlcuq Elçin

Müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-a bu barədə Nazənin Salayevanın vəkili Ceyhun Yusifov məlumat verib. Vəkil qeyd edib ki, Nərimanov rayon Məhkəməsində  hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

 

Məhkəmə iyulun 2-də təyin edilib.

 

Qeyd edək ki, Təranə  Qumral bir müddət əvvəl məhkəmədə Nazəninə uduzmuşdu. Uduzmasına baxmayaraq sənətçi məhkəmə qərarını qərəzli şəkildə icra etməyib.

 

Təranə Qumral Cinayət Məcəlləsinin 306-cı maddəsi barəsində iş başlanılıb. 

 

Qətnamədə bildirilir ki, Təranə İbrahimova Məhəbbət Həsənov və həyat yoldaşı Nazənin xanımdan üzr istəməli, eləcə də, təkzib verməlidir. Uzun müddətdir ki, cavabdeh tərəfdən hər iki qətnamə üzrsüz səbəbdən, qərəzli şəkildə icra edilməyib, buna görə də T. İbrahimova barədə Ədliyyə Nazirliyinin istintaq idarəsində 306-cı maddə ilə cinayət işi başlanılıb.