• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Qardaşının cənazəsini almağa gedərkən öldürüldü

  • 2767 dəfə
  • Tarix 25 İyun 2018 / 15:33
  • Tural TURAN

 

Ötən gün Türkiyədə seçki prosesində öldürülən İYİ Partiya rəsmisinin qardaşı onun cənazəsini morqdan təhvil almağa gedərkən qətlə yetirilib.

 

Lent.az sözcü.com.tr-yə istinadən bildirir ki, bu gün nəsillər arası münaqişə zəminində İYİ Partiyasının Ərzurum vilayətinin ötən gün öldürülən Qaracaçoban bölgə rəhbəri Mehmet Sıddık Durmazın qardaşı Savaş Durmaz öldürülüb. O, Ərzincanda istirahət köşkündə istirahət edərkən silahlı şəxslərin hücumuna məruz qalıb.

Hadisənin “qan davası” zəminində baş verdiyi ehtimal edilir. Savaş Durmaz xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, ötən gün İYİ Partiyasının Ərzurum bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Durmaz və Yazan ailələri arasında seçki məntəqəsində mübahisə zamanı qətlə yetirilib. Nəsillər arasında baş verən toqquşma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.