• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

SOSİAL

Bu il Azərbaycana 1 milyon 55 min turist gəlib

  • 2719 dəfə
  • Tarix 25 İyun 2018 / 17:11
  • Yasəmən Bağırova

“Bu ilin 5 ayı ərzində Azərbaycana 1 milyon 55 min xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib”.

 

Dövlət Turizm Agentliyindən Lent.az-a verilən məlumata əsasən, onlardan təxminən 29,3 faizi Rusiyadan, 22 faizi Gürcüstandan, 22 faizi İrandan, 11 faizi Türkiyədən olub. Qurumdan bildirilib ki, ərəb ölkələrindən, Avropa Birliyi ölkələrindən də təxminən 13 faizə qədər turist artımı var. Ümumi göstəriciyə əsasən, ötən ilki dövrlə müqayisədə 10, 1 faiz turist artımı var. Gələnlərdən 61,8 faizi kişilər, 32,2 faizi qadınlardır. Ən çox turist səfərləri Novruz bayramı və "Formula1" keçirilən müddətdə qeydə alınıb. Gələnlərdən təxminən 60 faizi dəmir yolu və avtomobil nəqliyyatından, 39 faizi avia nəqliyyatdan, 1 faizi isə su nəqliyyatından istifadə edib. Xarici turistlər əsasən Bakı və Abşeron yarımadasına gəlirlər. Ondan sonra populyar istiqamətlər Quba-Xaçmaz, Qəbələ-İsmayıllı, Şamaxı, Şəki, Zaqatala, Gəncə zonasıdır. Bu sadalanan bölgələrin turizm potensialından daha çox istifadə olunur.

 

Azərbaycandan xaricə gedən turistlərin sayına gəldikdə isə bildirilir ki, hələlik bu il ərzində Azərbaycandan xaricə gedənlərin statistikası hazır deyil. Bu statistika 6 ayın nəticəsinə görə elan olunacaq. Ötən il isə 4 milyondan çox Azərbaycan vətəndaşı xaricə səyahət edib. Onlar Türkiyəyə, Rusiyaya, Fransaya, Böyük Britaniyaya, Qətərə, Dubaya gediblər.