• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

SOSİAL

Avqustdan əvvəl qarpız yeməyin... RƏSMİ XƏBƏRDARLIQ

  • 6947 dəfə
  • Tarix 25 İyun 2018 / 17:13
  • Yasəmən Bağırova

“Təbii yetişmiş məhsul əldə etmək istəyiriksə,  qarpız öz mövsümündə - iyunun sonundan sentyabrın əvvəlinə kimi, ələxüsus avqust ayında istehlak edilməlidir. Aqrokimyəvi dərmanlarla yetişmiş məhsul həm dad etibarilə standartlara uyğun olmur, həm də kəskin nişasta qoxusu verə bilər. Belə məhsulların istehlakından imtina edilməlidir”.

Lent.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mövsümlə əlaqədar olaraq istehlakçılara xəbərdarlıq edib. Qarpız seçimi edərkən ölçüsünə, tamlığına, üzərində yarıq və çatların olmamasına diqqət edilməlidir. Üzərində hər hansı zərərverici və ya zərərverici izlərinin olmaması, saplağının yaşıl oması da vacib amillərdən biridir. Həmçinin üzərində sarı ləkələrin olmasına da nəzər yetirilməlidir. Belə ki, yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr əvvəl ağ olur, sonradan isə açıq sarıya çevrilir.

Bundan əlavə, qarpızın cizgiləri aydın olmalıdır. Yetişmiş qarpız seçərkən onun saplağı incə və quru olmalı, qabığına dırnaqla toxunduqda asanlıqla cızılıb qarpıza girməməlidir. Qarpızın kəsilərək alınması bir o qədər məsləhət deyil. Çünki qarpızı kəsən bıçaq sanitariya ve gigiyena qaydalarına uyğun təmizlənməlidir ki, qarpızın içinə yad maddələr düşməsin.