• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

MƏDƏNİYYƏT

Gənc istedadlarımız Çikaqoda musiqi gecəsi keçirdi

  • 3535 dəfə
  • Tarix 04 İyul 2018 / 02:34
  • Lent.az

İyulun 1-də ABŞ-ın Müstəqillik Günü münasibəti ilə Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanlı gənc istedadların klassik musiqi gecəsi keçirilib.

 

Lent.az-ın xəbərinə görə, musiqi gecəsi Türk Amerika Mədəniyyət İttifaqının mərkəz binasında təşkil edilib. Klassik musiqi gecəsinin gənc iştirakçıları Michael Naği (Piano), Russel Naği (Piano),  Nəzrin Məmmədova (Piano), Ayxan Əzimov (Piano), Məryəm Əzimova (Piano), Leia Zarinebaf (Piano), Araz Zarinebaf (Ud, Gitar və Piano) və Sabir Əliyev (Saksafon).

 

Gecəni giriş sözü ilə gənc musiqiçilərin müəlliməsi Gülçöhrə Əliyeva açaraq gənc istedadların qısa müddət ərzində də əldə etdikləri nailiyyətləri və gecənin musiqi proqramı barədə geniş məlumat verib.

 

Daha sonra gənc istedadlar öz musiqi proqramlarını nümayiş etdiriblər.

 

Tədbir zamanı cəmiyyət icmasının aparıcı nümayəndəsi Teymur Mehmandarov çıxış edərək Azərbaycanlı gənclərə uğurlar arzu edərək, gələcəkdə bu tipli tədbirlərə ədəbi şeir gecələri də əlavə etmələrini qeyd edib.

 

Tədbirin sonunda qonaqlar gənc iştirakçılara çiçək və hədiyyələr təqdim edilib.