• EUR 1.9801  
  • USD 1.7  
  • RUB 0.027

İQTİSADİYYAT

Novruz Məmmədov Neft Fondunun Müşahidə Şurasının sədri seçilib

  • 1150 dəfə
  • Tarix 06 İyul 2018 / 18:11
  • APA

Bu gün Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.

 

Dövlət Neft Fondundan “APA-Economics”ə verilən məlumata görə, baş nazir Novruz Məmmədov Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarı ilə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

 

Məlumatda bildirilib ki, iclasda Dövlət Neft Fondunun 2017-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2017-ci il büdcəsinin icrası və Fondun 2018-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələlərinə baxılıb. 

 

 

Müşahidə Şurası ARDNF-nin İcraçı direktorunun təqdim etdiyi Fondun 2017-ci ildə fəaliyyəti haqqında illik hesabatı, 2017-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatını məqbul hesab edib, ARDNF-nin 2017-ci il büdcəsinin icrası layihəsinin və ARDNF-nin 2018-ci il büdcəsindəki dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.