• EUR  
  • USD  
  • RUB

DÜNYA

Fələstinlə İsrail arasındakı yüzilliyin razılaşması rədd edildi

  • 1070 dəfə
  • Tarix 09 İyul 2018 / 10:24
  • Tural TURAN

Fələstin lideri Mahmud Abbas ölkəsi ilə İsrail arasındakı “yüzilliyin razılaşması” adlandırılan yol xəritəsini rədd etdiyini açıqlayıb.

 

Lent.az sozcu.com.tr-yə istinadən bildirir ki, Mahmud Abbas bu barədə fikirlərini Ramallahdakı Mərkəzi Komitənin toplantısında bəyan edib. Fələstin lideri bütün ərəb dünyasının bu sülh planına qarşı olduğunu söyləyib:

 

“Ərəb qardaşlarımız bu anlaşmanın yolverilməz olduğunu bildirdilər. Hətta bəzi müsəlman Afrika ölkələri də “yüzilliyin razılaşması”na qarşı çıxdıqlarını söylədilər. Bu plan Fələstin xalqı üçün də qəbul olunmazdır.


Qeyd edək ki, yüzilliyin razılaşmasına dair yol xəritəsinə görə, Fələstin Şərqi Qüdsün İsrail tərəfindən işğalını qəbul etməli və onun bir parçası kimi tanımalıdır. Müxtəlif illərdə qaçqın düşmüş 6 milyonluq Fələstin xalqının öz torpaqlarına geri dönməsi isə plana daxil edilməyib.