• EUR 1.9801  
  • USD 1.7  
  • RUB 0.027

İQTİSADİYYAT

Enerji sistemində qəza zamanı "AzerTelecom” fasiləsizi internet xidmətini təmin edib

  • 1072 dəfə
  • Tarix 09 İyul 2018 / 15:20
  • Lent.az

Enerji sistemində yaranan problemə baxmayaraq “AzerTelecom” fasiləsiz və dayanıqlı internet xidmətini təmin edib

 

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC ölkədə ötən həftə elektrik enerjisinin təminatında yaranmış fasilə zamanı respublika ərazisində internet xidmət provayderlərini və eləcə də korporativ müştəriləri internet xidməti ilə fasiləsiz və dayanıqlı şəkildə təmin edib.

Belə ki, baş vermiş qəzadan sonra şirkət tərəfindən vaxtında görülmüş tədbirlər nəticəsində internet təminatında fasilələrin baş verməməsi üçün bütün rezerv avadanlıqlar və əlaqəli resurslar prosesə cəlb edilib. Nəticədə provayderlərə və korporativ müştərilərə təqdim olunan internet xidmətinə çıxışda hər hansı bir problem yaranmayıb.

 

“AzerTelecom” şirkəti tərəfindən ölkə üzrə müştərilərə təqdim olunan internet rabitəsinin fasiləsiz və dayanıqlı fəaliyyəti təmin edilib.

 

“AzerTelecom” şirkəti bildirir ki, hazırda da provayderlərə təqdim olunan sürətli və dayanıqlı internet rabitəsi ilə təminatda hər hansı problem müşahidə edilmir. Xidmətin dayanıqlığının maksimum təminatı  üçün müvafiq işlər görülüb. Həmçinin, şirkətin təqdim etdiyi internet rabitəsi xidmətinin fasiləsiz və davamlı təminatı üçün bütün rezerv avadanlıqların daim işlək vəziyyətdə olmasına mütəmadi olaraq nəzarət edilir.

Qeyd edək ki, “AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” şirkəti internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.  

 

Şirkət haqqında daha ətraflı məlumatı şirkətin www.azertelecom.az rəsmi internet saytından və Facebook (www.facebook.com/azertelecom.az) və LinkedIn (https://www.linkedin.com/company/azertelecom) sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.