• EUR  
  • USD  
  • RUB

İDMAN

Türkiyə Superliqasında derbilərin vaxtı bilindi

  • 1944 dəfə
  • Tarix 09 İyul 2018 / 18:56
  • Lent.az

Türkiyə Superliqasında 2018-19 mövsümünün püşkü atılıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, mövsümə avqustun 10-da start veriləcək.

 

İlk dəfə VAR sisteminin tətbiq ediləcəyi çempionatda son çempion “Qalatasaray” ilk oyununu səfərdə “Ankaragücü”yə qarşı keçirəcək. Azərbaycan gənclər millisinin üzvü Ozan Can Kökcünün komandası “Bursaspor” açılış matçında “Fənərbaxça” ilə üz-üzə gələcək. Yığmamızın hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor” isə mövsümə “Başakşəhər”lə səfər matçında start verəcək.

 

I tur

“Ankaragücü” – “Qalatasaray”

“Başakşəhər” – “Trabzonspor”

“Çaykur Rizəspor” – “Kasımpaşa”

“Sivasspor” – “Alanyaspor”

“Beşiktaş” – “Akhisar”

“Konyaspor” – “Ərzurumspor”

“Kayserispor” – “Antalyaspor”

“Fənərbaxça” – “Bursaspor”

“Göztəpə” – “Yeni Malatyaspor”

 

Derbi turları

IV tur: “Trabzonspor” – “Qalatasaray”

VI tur: “Fənərbaxça” – “Beşiktaş”

XI tur: “Qalatasaray” – “Fənərbaxça”

XIII tur: “Trabzonspor” – “Fənərbaxça”

XIV tur: “Beşiktaş” – “Qalatasaaray”

XVI tur: “Beşiktaş” – “Trabzonspor”