• EUR  
  • USD  
  • RUB

İDMAN

DÇ-2018: İkinci yarımfinalın hakimi açıqlandı

  • 2186 dəfə
  • Tarix 09 İyul 2018 / 21:34
  • Lent.az

DÇ-2018-in yarımfinal mərhələsinin ikinci matçı – Xorvatiya – İngiltərə qarşılaşmasının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, məsul görüş türkiyəli hakimlər briqadasına həvalə olunub.

 

Matçı FİFA referisi Cüneyt Çakır idarə edəcək. Ona Bahaddin Duran və Tarık Ongun yardım edəcəklər.

 

Qeyd edək ki, yarımfinal görüşü iyulun 11-də saat 22:00-da start götürəcək.