• EUR  
  • USD  
  • RUB

DÜNYA

Avtomobil qatarla toqquşdu: 2 ölü

  • 1466 dəfə
  • Tarix 10 İyul 2018 / 06:34
  • Lent.az

ABŞ-ın Kaliforniya ştatında ağır yol qəzası baş verib.

 

 APA-nın məlumatına görə, bu barədə Fox News telekanalı xəbər verib.

 

Məlumata əsasən, San-Xose şəhərində dəmir yolu xəttini keçmək istəyən avtomobil hərəkət edən qatarın qarşısına çıxıb. Qatar avtomobili relslərin üzəri ilə sürüdükdən sonra xətdən çıxıb. Avtomobildə olan iki nəfər hadisə yerində ölüb.

 

 Qəzanın səbəbləri araşdırılır.