• EUR 1.9801  
  • USD 1.7  
  • RUB 0.027

MAQAZİN

Türkiyənin tanınmış müğənniləri qəzaya düşdülər

  • 1810 dəfə
  • Tarix 10 İyul 2018 / 10:50
  • Lent.az

Türkiyədə dəniz kənarında istirahətə yollanan tanınmış müğənnilər Mustafa Sandal və Gökhan Türkmən yaxta ilə qəzaya düşüblər.

 

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Muğlada həmkarı Gökhan Türkmənlə tətil keçirən Mustafa Sandal yaxta ilə limana çıxmaq istəyərkən lövbərin tutmaması nəticəsində gərgin anlar yaşayıb. Batma təhlükəsi yaşayan Sandal bir neçə saat hadisənin şokunda olub.  Hadisə zamanı Gökhan Türkmən ayağından yaralanıb. Həkimlərin müdaxiləsindən sonra müğənninin vəziyyətinin yaxşı olduğu açıqlanıb.