• EUR 1.9801  
  • USD 1.7  
  • RUB 0.027

MAQAZİN

Aşıqların davasında QORXULU SON: "Apardım qəbiristanlığa..." - VİDEO

  • 4478 dəfə
  • Tarix 10 İyul 2018 / 14:30
  • Yalçın UĞUR

ATV telekanalında yayımlanan "10-dan sonra" verilişinin reklam fasiləsi zamanı aşıqlar Namiq Fərhadoğlu ilə Fəzail Miskinli arasındakı əlbəyaxa dava ilə bağlı söz-söhbət bitmir. Lent.az-ın məlumatına görə, Namiq verilişdən sonra həmkarlı ilə danışıb, aralarındakı problemi həll etdiklərini söyləyib:

"Dünən ATV-də olan "sazçalanın" ədəbsizliyi, keçi kimi tullanıb-düşməyi.... Vuran oğlan vurur. Atdanıb-düşdü, şou göstərdi. Kameraya işləyirdi. Veriliş bitənə qədər mən öz ədəb-ərkanımı qorudum saxladım. Verilişə analarımız, bacılarımız baxır. Efirdə ona qarşı nəsə hərəkət etmədim. 

Verilişdən sonra çıxıb gedirdi. ATV-nin yanında Yasamal qəbirstanlığı var. Apardım orada atdanıb-düşməyini, söhbətimizi etdik. Dedi ki, sən mənə efirdə aşıq demədiyin üçün belə oldu. Sonra da mənimlə əl tutdu, getdi. Bəzi saytlar yazır dava olub. Heç bir şey olmadı. Mən sözümü sosial şəbəkədə yox, üz-üzə deyirəm".