• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

İQTİSADİYYAT

Səfər Mehdiyev "Caspian European Club"un rəhbərliyi ilə görüşüb

  • 2087 dəfə
  • Tarix 10 İyul 2018 / 18:42
  • Lent.az

İyulun 10-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Caspian European Club"un Baş İcraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi xəbərə görə, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Caspian European Club"la DGK arasında daim səmərəli və işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Ümummilli lider Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində müstəqilliyimizin əsas atributlarından birinə çevrilən gömrük orqanlarının Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, diqqət və qayğısı nəticəsində ölkəmizin ən dinamik inkişaf edən dövlət qurumlarından biri kimi formalaşdığını diqqətə çatdıran Komitə sədri, son illərdə ölkə başçısının bütün sahələrdə olduğu kimi gömrük sahəsində də həyata keçirdiyi innovativ islahatların gömrük işinin fəlsəfəsini dəyişərək xarici ticarətin sürətləndirilməsinə, ölkəmizin tranzit potensialının artmasına, sahibkalıq mühitinin daha da yaxşılaşdırılmasına şərait yaratdığını diqqətə çatdırıb.

Fiskal siyasətin təkmilləşdirilməsi, gömrük nəzarəti sistemininin və sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, elektron xidmətlərin sayının artırılması, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin minimuma endirilməsi və ən əsası şəffaflığın təmin olunması istiqamətində islahatların davam etdiriləcəyini bildirən Komitə sədri bildirib ki, məqsəd xarici ticarətin sürətləndirilərək mal və nəqliyyat vasitələrinin minimum vaxt ərzində maneəsiz şəkildə təyinat nöqtəsinə çatdırılması, biznes subyektlərinə münbit şəraitin yaradılmasıdır.

Aparılan islahatlar çərçivəsində Dövlət Gömrük Komitəsi rəhbərliyində təmsil olunan şəxslərin və ixtisaslı gömrük mütəxəssislərinin indiyə qədər minlərlə sahibkarlarla görüş keçirərək onların gömrük sistemində tətbiq olunan yeniliklərə münasibətini öyrəndiyini bildirən Səfər Mehdiyev "Caspian European Club" üzvlərinin də təklif və istəklərini dinləyərək nəzərə alacaqlarını vurğulayıb.

Xüsusilə, korrupsiya hallarının aradan qaldırılması, şəffaflığın tam təmin olunması istiqamətində atılan addımlar barədə məlıumat verən DGK sədri, indiyə qədər qanunvericiliyin tələblərini pozan onlarla gömrük əməkdaşının ən sərt şəkildə cəzalandırıldığını bildirib, biznes nümayəndələrini də xarici iqtisadi fəaliyyət zamanı qanunvericiliyin tələblərinə əməl etməyə, qanunazidd əməllərdən çəkinməyə çağırıb. Səfər Mehdiyev onu da bildirib ki, gömrük orqanları daim qanuni ticarəti dəstəkləyəcək, qanunsuz ticarətə qarşı isə qanunvericiliyin tələblərinə uyğun olaraq ən sərt şəkildə mübarizə aparacaq.

Tədbirdə çıxış edən "Caspian European Club"un icraçı direktoru Telman Əliyev təmsil etdiyi qurumla Dövlət Gömrük Komitəsi arasında hər zaman səmərəli və işgüzar əlaqələrin mövcud olduğunu, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyiniə ümidvar olduğunu bildirib. Son illərdə gömrük sistemində aparılan islahatların uğurlu nəticələr verdiyini diqqətə çatdıran Telman Əliyev təmsil etdiyi qurumun təklif və rəylərinin diqqətə alınmasından, klub üzvlərinin gömrüklə bağlı məsələlərinin operativ şəkildə həllini tapmasından məmnunluqla bəhs edib. Telman Əliyevin əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə iki qurumun mütəxəssislərindən ibarət işçi qrupun yaradılmasının gömrük-biznes əməkdaşlığının daha da gücləndirilməsinə şərait yaradacağını diqqətə çatdırıb.

Görüşdə iki qurumun üzvlərindən ibarət işçi qrupun yaradılması qərara alınıb.

Daha sonra görüşdə klub üzvlərini maraqlandıran məsələlər müzakirə edilib, onların maraqlandıran suallar ətraflı cavablandırılıb.