• EUR  
  • USD  
  • RUB

İDMAN

“Mattersburq” Ramil Şeydayevdən əl çəkmir

  • 1539 dəfə
  • Tarix 10 İyul 2018 / 18:50
  • Lent.az

“Mattersburq” Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevdən əl çəkmir. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Avstriya klubu transferlə bağlı növbəti təklifini göndərməyə hazırlaşır.

 

Klub Bundesliqada yeni mövsümə yenilənmiş hücum xətti ilə başlamaq niyyətindədi. Komandanın bombardiri Smail Prevlyakı “Zalsburq”a, Markus Pinki “Şturm”a satan “Mattersburq” Ştefan Mayerhoferlə də yollarını ayırıb.

 

“Tvente”dən Marko Kvasina, “Stadl-Paura”dan isə Yefte Betankuru alan rəhbərlik Şeydayevi də heyətə cəlb etməkdə israrlıdı. Avstriyalılar “Trabzonspor”un gənc forvardını əsas heyət üçün düşünürlər. Klubun sahibi Martin Puçer may ayında yerli mətbuata açıqlamasında Şeydayevlə anlaşdıqlarını açıqlasa da, sonradan tərəflər ortaq məxrəcə gələ bilməmiş və 22 yaşlı oyunçu müqavilə ilə məxsus olduğu “Trabzonspor”a qayıtmışdı. Hazırda komanda ilə təlim-məşq toplanışında olan yığmamızın üzvü ilə bağlı yekun qərarı baş məşqçi Ünal Karaman verəcək. Lakin “Mattersburq”un idman direktoru Frants Lederer Türkiyə klubu ilə danışıqlarda problem yaşayacaqlarına inanmadığını bildirib.

 

Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Ramil Şeydayevin “Trabzonspor”la müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.