• EUR  
  • USD  
  • RUB

DÜNYA

Yanacaq daşıyan maşın sərnişin avtobusuna çırpıldı: 16 ölü

  • 2103 dəfə
  • Tarix 11 İyul 2018 / 10:41
  • Tural TURAN

İranda yanacaq daşıyan iri tonnajlı maşın idarətməni itirərək dayanacaqda müştəri yığan sərnişin avtobusuna çırpılıb. Nəticədə 16 nəfər dünyasını dəyişib.

 

Lent.az sozcu.com.tr-yə istinadən bildirir ki, hadisə İranın Kürdüstan vilayətinin Sənəndəc şəhərində baş verib. Ətrafa dağılan xam neft güclü partlayışa səbəb olub.

 

Avtobusdakı 17 sərnişindən 15-i ölüb. Həlak olanlar arasında qəzanı törədən yanacaq daşıyan tankerin sürücüsü də var.