• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Şəmkirdə meşə zolağında yanğın söndürüldü - YENİLƏNİB

  • 1667 dəfə
  • Tarix 11 İyul 2018 / 20:44
  • Lent.az

Şəmkirdə meşə zolağında yanğın söndürülüb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində meşə zolağında baş vermiş yanğın nazirliyin DYMX-nin və Aviasiya dəstəsinin müvafiq qüvvələri tərəfindən saat 18:20-də söndürülüb.

 

Əlavə məlumat veriləcək.

 

 

 

***

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.

 

Əlavə məlumat veriləcək.