• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Xəzərdə batan gəncin meyiti tapıldı

  • 1365 dəfə
  • Tarix 11 İyul 2018 / 20:50
  • Lent.az

İyulun 10-da Abşeron rayonunun Novxanı çimərliyi istiqamətində (nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Şabıyev Cabir Bəhruz oğlunun axtarışları başa çatıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, C.Şabıyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.