• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

İDMAN

Ronaldonun karyerasını bitirəcəyi klub açıqlandı

  • 3757 dəfə
  • Tarix 11 İyul 2018 / 21:52
  • Lent.az

“Yuventus”un yeni transferi Kriştianu Ronaldonun karyerasını hansı klubda bitirəcəyi bəlli olub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu barədə futbolçunun meneceri Xorxe Mendes məlumat verib.

 

O bildirib ki, portuqaliyalı superulduzun son klubu məhz “Yuventus” olacaq: “Kriştianuya görə şadam. “Yuventus” onun son klubu olacaq. Möhtəşəm karyerasını məhz burda bitirəcək”.

 

Qeyd edək ki, 34 yaşlı Kriştianu Ronaldo “Yuventus”la 4 illik müqavilə bağlayıb.