• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Xəzərdə faciə - 3 nəfər batdı

  • 3771 dəfə
  • Tarix 11 İyul 2018 / 22:01
  • Lent.az

Xəzərdə 3 nəfər batıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1200 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub.

 

Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfər xilas edilib, 3 nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.