• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

DÜNYA

Serj Sarkisyanın qardaşı oğlu həbs edildi

  • 921 dəfə
  • Tarix 12 İyul 2018 / 01:04
  • Lent.az

Yerevan məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Ayk Sarkisyan barədə həbs qərarı çıxarıb.

 

Lent.az-ın “Report”a istinadən xəbərinə görə, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

"Məhkəmənin qərarı ilə Ayk Sarkisyan həbs edilib", - deyə məlumatda bildirilir. A.Sarkisyan qətlə cəhddə və qanunsuz silah saxlamaqda şübhəli bilinir.

 

Daha əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidməti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanı axtarışa verib. O, qanunsuz silah və narkotik saxlamaqda və özgə əmlakını mənimsəməkdə ittiham edilir.

 

Keçmiş prezidentin kiçik qardaşı Levon və onun qızı Ani barədə axtarış elan olunub. Onlar qanunsuz yolla varlanmaqda və gəlir bəyannaməsindən yayınmaqda ittiham edilirlər.