• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

SİYASƏT

Moqerini Qarabağla bağlı bəyanat verdi

  • 1737 dəfə
  • Tarix 12 İyul 2018 / 05:23
  • Lent.az

Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərini ilkin şərtlər olmadan danışıqlara çağırıb.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının diplomatiya xidməti Federika Moqerini və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşdən sonra açıqlama yayıb.

 

“Görüş əsnasında F.Moqerini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini bir daha  dəstəkləyib. Bu kontekstdə tərəflərin Minsk Qrupunun həmsədrlərinin himayəsi altında ilkin şərtlər olmadan tam şəkildə danışıqlarda iştirak etməsi son dərəcə vacibdir", bəyanatda vurğulanıb.