• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

İDMAN

Klublarımız Avropa Liqasında mübarizəyə başlayır

  • 2714 dəfə
  • Tarix 12 İyul 2018 / 07:27
  • Lent.az

Azərbaycanı Avropa Liqasında təmsil edən “Qəbələ” bu gün ilk matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” I təsnifat mərhələsində Lüksemburq klubu “Proqres”i qəbul edəcək. Topaz Premyer Liqasının gümüş mükafatçısı matçın favoriti hesab olunur. Bu, eyni zamanda baş məşqçisi Sənan Qurbanovun ilk rəsmi matçı olacaq. Heyətində bəzi dəyişikliklər edən “Qəbələ” doğma azarkeşləri önündə sərfəli nəticə əldə etməyə çalışacaq.

 

Ötən mövsüm Azərbaycan kubokunu qazanan “Keşlə” turnirdəki digər təmsilçilərimizdən fərqli ilk matçını səfərdə keçirəcək. Yuri Maksimovun yetirmələri I təsnifat mərhələsində Maltada “Baltsan”ın qonağı olacaq. Bu, eyni zamanda “Keşlə”nin hazırkı adı altında ilk avrokubok sınağı olacaq. Qitə səhnəsinə həm “Xəzər Universiteti”, həm də “İnter” kimi çıxan bakılılar yeni adla səfərdən uğurlu nəticə ilə dönmək əzmindədir. Ta Qalidəki oyun həm də Maksimovun bakılılarla avrokubokda debüt görüşü olacaq.

 

2018-19 mövsümündə Avrokubok mübarizəsinə ən son qoşulacaq Azərbaycan klubu “Neftçi” olacaq. “Ağ-qaralar” Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində digər təmsilçilərimizdən 1 saat gec meydana çıxacaq. Bakılılar “Dalğa Arena”da “Uypeşt”lə üz-üzə gələcək. Macarıstan təmsilçisi ilə görüş “Neftçi”də baş məşqçi debütü ilə yadda qalacaq. Belə ki, matç Roberto Bordinin bu postda “siftə”si olacaq. Yay fasiləsində heyətində ciddi dəyişikliklər edən “Neftçi” səfər öncəsi sərfəli nəticə əldə etməyə çalışacaq.

 

 

Avropa Liqası

 

I təsnifat mərhələsi, ilk oyun

 

12 iyul

 

 

20:00. “Qəbələ” (Azərbaycan) – “Proqres” (Lüksemburq)

 

Qəbələ. Şəhər stadionu
 

 

 

20:00. “Baltsan” (Malta) – “Keşlə” (Azərbaycan)
 

Ta Qali. "Sentenari" stadionu

 

 

21:00. “Neftçi” (Azərbaycan) – “Uypeşt” (Macarıstan)

Bakı. “Dalğa Arena”