• EUR  
  • USD  
  • RUB

SİYASƏT

Prezident NATO-nun Şimali Atlantika Şurasının görüşündə iştirak edib

  • 1097 dəfə
  • Tarix 12 İyul 2018 / 16:18
  • Lent.az

Prezident İlham Əliyev Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib.

 

Lent.az AZƏRTAC-a istinadən bildirir ki, iyulun 12-də Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökümət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib.