• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

DÜNYA

Binəli Yıldırım ilk turda TBMM sədri seçilə bilmədi

  • 2584 dəfə
  • Tarix 12 İyul 2018 / 17:24
  • Tural TURAN

Türkiyə Böyük Millət Məclisində (TBMM) bu gün keçirilən seçkilərdə məclis sədri seçilməyib. Seçkilər ikinci tura qalıb.

Lent.az Haber7.com-a istinadən bildirir ki, bu gün Türkiyə Böyük Millət Məclisində spiker seçkiləri keçirilib. İlk turda məclis sədrinin adına aydınlıq gəlməyib.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, keçmiş baş nazir Binəli Yıldırım ilk turda vacib olan 400 səs səddini aşa bilməyib. O, 5 namizəd arasında 331 səs yığıb.

Seçkilər ikinci tura qalıb. Mövcud qanunvericiliyə görə, 2-ci turda namizədlər parlament sədri olmaq üçün ən az 301 səs toplamalıdır.

Qeyd edək ki, Binəli Yıldırımın səsvermədəki ən yaxın rəqibi CHP təmsilçisi Erdoğan Toprakdır. O, ilk turda millət vəkillərindən 134-nün razılığını alıb.