• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

MAQAZİN

Fatimə Xatunu məhkəməyə verdi

  • 2059 dəfə
  • Tarix 12 İyul 2018 / 18:01
  • Yalçın UĞUR

Müğənni Xatun Əliyevanın rəqqasə Fatimə Fətəliyeva haqqında yazdığı statusa qarşı tərəfdən cavab gəlib.

 

Lent.az-ın məlumatına görə, Fatimə sosial şəbəkədəki izləyicilərinin bu barədə suallarını qısa cavablandırıb. O, bildirib ki, Xatunu məhkəməyə verəcək:

 

“Bir söz deyə bilərəm: tezliklə məhkəmədə şər-böhtana görə cavab verəcəklər. Allahıma şükür, namusum, gözəl övladlarım, ailəm, işim, peşəm, ruzum. Şərhlərdə yuyulmamış çömçə kimi yazanlar da cavab verəcəklər”.

 

Fatimə Xatunun paylaşımına “Eynisini tapmısan ey. Onun şəklinə baxdım, səndəkinin eynisidir. Bəlkə qardaş bacıdılar?” sözlərini yazan şairə Nazilə Səfərlini də məhkəməyə verəcəyini bildirib. 

 

Qeyd edək ki, Xatun İnstaqramda Fatimənin ünvanına "Bu fotonu gördüm bir müğənnimi, rəqqasəmi, düşükmü, afiristmi, ev yıxanmı deyim, o düşdü yadıma. Bu fotonun eynisi var məndə... Çıxıb efirə utanmaz-utanmaz yalan danışır, ağıl verir, akademiklik edir. Deyir, mənim dodaqlarım anadangəlmədir, silikonum yoxdur. Son xəbərdarlıq: sən bir də orda-burda məndən danışasan, mənə şər atasan, müğənnilərə məndən yalan-yalan sözlər deyəsən, aramı vurasan, səni rüsvay etməsəm mənə Xatun deməsinlər. İki dəfə xəbərdarlıq etmişəm yanındakılara. Bu da üçüncü. Get yalan, bədbəxt həyatını yaşa. Əl çək məndən. Yalan deyən rəqqasədir... Xəyanət, yalançı, dilin yanacaq. Sağ göstərib, sol vuraram" sözlərini yazıb.
 

Xatunla Fatimə arasında uzun müddətdir qalmaqal yaşanır. Bir vaxt rəfiqə olan və məclislərə bir gedən rəfiqələr indi düşmən olublar. Bu günlərdə efirdə "Dodaqlarım silikon deyil" deyən də elə Fətəliyeva olmuşdu.