• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Paytaxtda mənzildə meyit tapıldı

  • 1392 dəfə
  • Tarix 12 İyul 2018 / 21:54
  • Lent.az

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Lent.az-ın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Novruzov Dilənçi Qədim oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.