• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Salyanda yanğın olub, 1 nəfər xəsarət alıb

  • 678 dəfə
  • Tarix 13 İyul 2018 / 03:54
  • Lent.az

Salyanda yanğın olub. Lentaz-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə,  rayonun Qarabağlı kəndində ümumi sahəsi 105 m² olan talvarın yanar konstruksiyaları və altına yığılmış 12 ton ot bağlamasının 8 tonu yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.