• EUR  
  • USD  
  • RUB

DÜNYA

37 insan orqanı alverçisinə hökm oxundu

  • 1905 dəfə
  • Tarix 13 İyul 2018 / 04:57
  • Lent.az

Qahirə cinayət məhkəməsi insan orqanlarının ticarəti ilə məşğul olan 37 həkim və vasitəçini müxtəlif həbs cəzalarına məhkum edib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, dəstənin 6 nəfər təşkilatçısı 15 il, qalanları isə 7 və 3 il müddətinə həbs cəzalarına məhkum ediliblər.   

 

Məhkəmə cinayətkarların hamısını böyük məbləğdə cərimələyib.

 

İstintaq materiallarına əsasən, dəstə üzvləri imkansız insanları orqanlarını satmağa sövq edərək, polisə müraciət etməmələri üçün maliyyə sənədləri imzalamağa məcbur ediblər.