• EUR 1.9801  
  • USD 1.7  
  • RUB 0.027

HADİSƏ

“Mercedes Vito” aşdı, 10 nəfər xəstəxanalıq oldu

  • 1716 dəfə
  • Tarix 13 İyul 2018 / 07:35
  • Lent.az

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. “Mercedes Vito” markalı mikroavtobus və “Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı “Mercedes Vito”-nun aşdığı bildirilir. 

 

Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Onlardan ikisinin azyaşlı olduğu bildirilir.

 

Qəzanın təfərrüatları müəyyənləşdirilir. Əlavə məlumat veriləcək.