• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

SİYASƏT

Paşinyan: İlham Əliyevlə görüş barədə danışıq aparılmır

  • 1163 dəfə
  • Tarix 13 İyul 2018 / 08:32
  • Lent.az

 

 

“Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünü dönüş nöqtəsi hesab etmirəm”.

 

APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel hava limanında jurnalistlərin XİN rəhbərlərinin görüşündən sonra müəyyən dinamikanın və ya dəyişikliyin olub-olmaması barədə suala cavab verərkən deyib.   

 

“Görüş, təmas olub, mahiyyətcə, bu mövzuda bu ilk təmasdır və birinci görüşdən hər-hansı nəticə gözləmək düzgün deyil. Görüşün özü tanışlıq, ünsiyyət baxımından əhəmiyyətlidir”, - deyə Paşinyan qeyd edib.     

 

Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüşə gəlincə, N.Paşinyan bu mövzuda heç bir danışıq aparılmadığını bildirib.