• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

DÜNYA

Əfqanıstanda hərbi hissəyə basqın: 15 əsgər öldürüldü

  • 2668 dəfə
  • Tarix 13 İyul 2018 / 09:38
  • Tural TURAN

Taliban qruplaşması Əfqanıstanda hökumət qüvvələrinə məxsus nizami hərbi hissəyə basqın həyata keçirib.

 

Lent.az haber7.com-a istinadla bildirir ki, basqın nəticəsində 15 hərbçi həyatını itirib. 13 əsgər yaralanıb. Ölü sayının artacağı istisna edilmir. Məlumatı Əfqanıstanın 9-cu ordu komandanı general Rezai də təsdiqləyib.

 

Hadisə şahidləri isə rəsmi məlumatlarda ölənlərin sayının gizlədildiyini, əslində 30-dan çox əsgərin öldürüldüyünü deyiblər. Taliban tərəfi məsuliyyətini üzərinə götürdüyü basqında hökümət qüvvələrinin 72 hərbçi itirdiyini bəyan edib.