• EUR  
  • USD  
  • RUB

İQTİSADİYYAT

Əsassız əlilliklər ləğv edildi, büdcəyə 3 milyon manat qaytarıldı

  • 264 dəfə
  • Tarix 13 Mart 2019 / 13:38
  • Lent.az
 
Bu günə kimi Azərbaycanda 1 300-dən çox əsassız əlillik ləğv olunub. Dövlət büdcəsinə 3 milyon manatdan çox vəsait qaytarılıb.
 
ONA xəbər verir ki, bu sözləri bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) dəstəyi ilə icra olunan “Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin yekunlarına dair konfransı zamanı Əmək və Əhalinin Sosial Müdaifəsi Naziri Sahil Babayev bildirib.
 
Nazirin sözlərinə görə, səhvə yol vermiş aidiyyatı vəzifəli inzibati şəxslərə qarşı müvafiq inzibati tənbeh tətdbirləri həyata keçirilib.