• EUR  
  • USD  
  • RUB

İDMAN

Azərbaycan millisində bu oyunçular yer aldı - Baş məşqçidən açıqlama

  • 245 dəfə
  • Tarix 13 Mart 2019 / 17:12
  • Lent.az
Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
 
ONA-nın məlumatına görə, yığmamızın baş məşqçisi Nikola Yurçeviç martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin Xorvatiya, 4 gün sonra yoxlama oyununda Litva ilə oyunlarında güvənəcəyi futbolçuları müəyyənləşdirib.
 
Bu ildən yığmamızı çalışdıran xorvatiyalı mütəxəssisin açıqladığı ilk siyahıda 23 futbolçu yer alıb. Martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq komandaya aşağıdakı oyunçular çağırılıb:
 
 

ADI

SOYADI

KLUBU

Səlahət

Ağayev

Neftçi

Emil

Balayev

Tobol (Qazaxıstan)

Şahruddin

Məhəmmədəliyev

Qarabağ

Maksim

Medvedev

Qarabağ

Ömər

Buludov

Neftçi

Bədavi

Hüseynov

Qarabağ

Rahil

Məmmədov

Qarabağ

Anton

Krivotsyuk

Neftçi

Təmkin

Xəlilzadə

Sabah

Şəhriyar

Rəhimov

Səbail

Qara

Qarayev

Qarabağ

Riçard

Almeyda

Qarabağ

Eddi

İsrafilov

Alcorcon (İspaniya)

Emin

Mahmudov

Neftçi

Əli

Babayev

Sumqayıt

Aleksey

İsayev

Sumqayıt

Dmitri

Nazarov

Erzgebirge Aue (Almaniya)

Mahir

Mədətov

Qarabağ

Namiq

Ələsgərov

Neftçi

Araz

Abdullayev

Qarabağ

Ramil

Şeydayev

Krılya Sovetov (Rusiya)

Rüfət

Dadaşov

Proysen Münster (Almaniya)

Mirabdulla

Abbasov

Neftçi PFK

 

Qeyd edək ki, N.Yurçeviçin yetirmələri martın 19-dək Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq. Həmin gün nahardan sonra Zaqrebə yollanacaq millimiz Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də “Bakcell Arena”da Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlayacaq.