• EUR  
  • USD  
  • RUB

DÜNYA

Qadın bankdan 600 min manatdan çox pul mənimsədi: polis yaxaladı

  • 487 dəfə
  • Tarix 13 Mart 2019 / 22:27
  • Lent.az
Rusiyanın Voronej vilayətində polis bankdan 24 milyon rubldan çox (621 min manat) pulu mənimsəyən keçmiş işçini həbs edib.
 
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bankın keçmiş əməkdaşı olan qadın pulu aldatma yolu ilə xəzinədən öz hesabına köçürüb. Bundan sonra o, xidməti imkanlarından yararlanaraq, həmin vəsaiti özünün nəzarətində olan digər müştəri hesabları arasında bölüşüb.
 
Polisin açıqlamasına görə, qadın Voronejdə kirayələdiyi bir mənzildə gizlənirmiş. Sonda Pavlovsk şəhərinə gələn zaman polisin əlinə keçib.
 
Faktla əlaqədar dələduzluq maddəsi ilə cinayət işi qaldırılıb. Polislərin qənaətinə görə, həmin qadını 10 ilə qədər həbs cəzası gözləyir.