• EUR  
  • USD  
  • RUB

İDMAN

Həftənin oyunçusu kim olacaq - Ronaldo, yoxsa Messi?

  • 215 dəfə
  • Tarix 14 Mart 2019 / 09:27
  • Lent.az
Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb. ONA-nın məlumatına görə, UEFA 1/8 final mərhələsinin son həftəsində fərqlənən dörd futbolçunu müəyyənləşdirib.
 
Bunlar Kriştianu Ronaldo (“Yuventus”), Lionel Messi (“Barselona”), Sadio Mane (“Liverpul”) və Leroy Sanedir (“Mançester Siti”).
 
Ronaldo “Atletiko” ilə qarşılaşmada (3:0) het-trik müəllifi olubsa, “Lion”la görüşdə (5:1) Messi karyerasında ilk dəfə 2 qol və 2 assistə imza atıb. Mane “Bavariya” ilə qarşılaşmada (3:1) dubl müəllifi olmağı bacarıb. Sane isə “Şalke” ilə dueldə (7:0) bir qol və üç məhsuldar ötürməyə imza atıb.
 
Qeyd edək ki, həftənin oyunçusu azarkeşlər arasında keçirilən səsvermə ilə müəyyənləşəcək.