• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Ağsuda faciə: "KamAZ" - yük yığarkən...

  • 138 dəfə
  • Tarix 14 Mart 2019 / 10:02
  • Lent.az
Ağsu sakini bədbəxt hadisə nəticəsində ölüb.
 
ONA-nın yerli bürosunun xəbərinə görə, Ağabəyli kənd sakini, 1990-cı il təvəllüdlü Piriyev Hikmət Rəhim oğlu "KamAZ" markalı yük avtomobilinə yük yığarkən ehtiyatsızlıq edib. Avtomobilin ağır çəkili dəmir bortu onun başına dəyib. Ağır kəllə-beyin travması alaraq çoxlu qan itirən Hikmət Piriyev hadisə yerində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.