• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Azərbaycanda FACİƏ: üç azyaşlının həyatına təhlükə

  • 214 dəfə
  • Tarix 14 Mart 2019 / 10:34
  • Lent.az
Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
 
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki şəhəri, Sabit Rəhman küçəsi ev 34 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan azyaşlılar - 2016-cı il təvəllüdlü Duyğu Tural qızı Məmmədova, 2010-cu il təvəllüdlü Elvin Eldar oğlu Atayev və 2006-cı il təvəllüdlü Ülkər Eldar qızı Atayeva zəhərlənmə diaqnozu ilə Şəki rayon Uşaq Xəstəlikləri Xəstəxanasına daxil olublar. Müayinə zamanı onların yaşadığı evin mətbəxində dəm qazından zəhərlənmələri müəyyən edilib. Hazırda onların müalicələri xəstəxanada davam etdirilir.
 
Faktla bağlı araşdırma aparılır.