• EUR  
  • USD  
  • RUB

DÜNYA

ABŞ hərbi təyyarəsi Rusiya ərazisinə girdi

  • 294 dəfə
  • Tarix 14 Mart 2019 / 11:10
  • Lent.az
Amerikanın hərbi təyyarəsi martın 14-də yerli vaxtla səhər saat 06:35 radələrində “Open Skies” müqaviləsi çərçivəsində Rusiyanın ərazisinə daxil olaraq müşahidə uçuşu keçirib.
 
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, “Boeing OC-135B” markalı təyyarənin bort nömrəsi 61- 2670-dir. 
 
Lakin məlumatda bildirilir ki, bu markalı təyyarələr hücum xarakterli deyil, heç bir silahdan istifadə üçün nəzərdə tutulmayıb. 
 
Rusiyanın hava məkanının ABŞ təyyarələri tərəfindən pozulması ötən günlərdə də müşahidə edilib. Belə ki, martın 13-də daha bir Amerika təyyarəsi Komsomolsk-Amur yaxınlığında görünüb. Martın 11-də isə analoji hadisə Çita rayonu üzərində yaşanıb. 
 
Hərbi ekspertlərin fikrincə, ABŞ-ın bu ərazidə raket briqadası yerləşdirilib.
 
Qeyd edək ki, “Open Skies” müqaviləsi 1992-ci ildə ATƏT üzvləri tərəfindən imzalanıb və soyuq müharibədən sonra Avropada etibar edilən hüquqi sənədə çevrilib.
 
Sənədə görə, dövlətlər digər üzv ölkələrin ərazisində kəşfiyyat uçuşlarını həyata keçirə və onların qoşunları haqqında məlumat toplaya bilərlər. 
 
2002-ci ildən qüvvəyə minən müqavilə NATO, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, eləcə də İsveç və Finlandiya ölkələrini əhatə edir.