• EUR  
  • USD  
  • RUB

MAQAZİN

Flora Kərimova bu məşhurla SEVGİLİ olduğunu AÇIQLADI - VİDEO

  • 573 dəfə
  • Tarix 14 Mart 2019 / 11:25
  • Yalçın UĞUR

Xalq artisti Flora Kərimova mərhum aktyor Həsənağa Turabovla sevgili olub.

Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Hüseynova bacıları" verilişində deyib:

"Burada utanılası söz yoxdur ki, fakt təqdim edilsin. Bu sualı mənə verirdilər, qaçırdım. Bəli, Həsənağa Turabov məni çox istəyirdi. Mənlə evlənməyi düşünürdü. 1957-ci ildə festivala gedəndə, məndən xəbərsiz qatarla arxamca gəlmişdi. Hətta Aydın Qaradağlının dövründə diktor işləyəndə mənim adımdan Həsənağa Turabov qol çəkirmiş. Sonra Aydın müəllim çağırdı ki, olmaz. Biz ayrıldıq, evdən məni vermədilər. Bu yaxınlarda qızı ilə görüşdük. Orada bu haqda danışanda cavablandırmadım. Mənim oğlum, qızım, onun xanımı. Onun mənə qarşı hisləri var idi".