• EUR  
  • USD  
  • RUB

HADİSƏ

27 yaşlı gənc dənizdə batdı - YENİLƏNİB

  • 190 dəfə
  • Tarix 14 Mart 2019 / 11:35
  • Səlcuq Elçin

Sumqayıtda dənizdə batan gəncin meyiti tapılıb. 

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, dənizdə batdığı ehtimal olunan, 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun meyiti FHN xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb. 

11:22

27 yaşlı gənc dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.